00:00:00
Yazar
Admin User
09.02.2026 19:58 55 1 dəq oxuma
Dünya

Vens İrəvanda Xaçatryanla da görüşüb

Vens İrəvanda Xaçatryanla da görüşüb

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Ermənistana rəsmi səfərə gələn ABŞ vitse-prezidenti C.D.Venslə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.

 

Xaçatryan Vensin səfərini alqışlayıb və bunun Ermənistanla ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini əks etdirdiyini vurğulayıb.

 

Görüş zamanı Xaçatryan ABŞ Prezidenti Donald Trampın mühüm rol oynadığı regionda sülhün möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

 

Görüşdə həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.

 

Qeyd edək ki, Vens Ermənistanda Baş nazir Paşinyanla görüşüb və mətbuata birgə bəyanatla çıxış ediblər.

 

ABŞ vitse-prezidentinin Bakıya sabah gələcəyi gözlənilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər