00:00:00
Yazar
Elmira Ağayeva
17.06.2026 21:23 18 1 dəq oxuma
Siyasət

Vens: “Putinin ruslar arasında yüksək dəstəyi var”

Vens: “Putinin ruslar arasında yüksək dəstəyi var”

ABŞ vitse-prezidenti  Vens yeni kitabında bildirib ki, müstəqil sorğular Vladimir Putinin ruslar arasında yüksək dəstəyə malik olduğunu göstərir.
 

Vens qeyd edib ki, 2024-cü ildə Münhen konfransı zamanı bir rus dissidenti ilə görüşdən sonra Rusiya dövlətinin psixologiyasını daha yaxşı anladığını düşünüb və Putinin niyə bu qədər populyar olması sualını verdiyini yazıb.

 

Onun sözlərinə görə, bu mövzunu gündəmə gətirəndə tənqid olunub. Vens həmçinin Münhen konfransının insanların narahatedici həqiqətləri qəbul etmək əvəzinə rahat yalanlara üstünlük verdiyi bir məkana çevrildiyini bildirib. Kitabda onun katolikliyə keçidindən və dinin siyasi baxışlarına təsirindən də bəhs olunur.

 

Tass
Ədilə Hüseynzadə

#ABŞ #Rusiya #Münhen
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər