00:00:00
Yazar
Ayşən Səlimova
19.03.2026 20:35 63 2 dəq oxuma
Dünya

Vens: Tramp ölkəni uzunmüddətli hərbi münaqişələrə sürükləməkdə maraqlı deyil

Vens: Tramp ölkəni uzunmüddətli hərbi münaqişələrə sürükləməkdə maraqlı deyil

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Tramp ABŞ-nin əvvəlki illərdə apardığı kimi uzunmüddətli, pat vəziyyətində olan müharibələrdən qaçmağa çalışır.

 

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın uzunmüddətli müharibələrdən yayınmaq istəyi real görünsə də, bunu praktik siyasətdə tam şəkildə həyata keçirmək çətinləşir:

 

 

" Donald Tramp xarici siyasətdə qarşısında duran problemləri qısa müddətdə həll edə biləcəyinə inanıb. Bu səbəbdən, hansısa ölkə ilə münaqişə ehtimalı yarananda, prosesi tez bir zamanda yekunlaşdıracağını düşünüb və bəzi hallarda buna nail olub. Məsələn, Venesuelada qarşıya qoyulan məqsəd qısa zaman ərzində reallaşdırılıb. Lakin Qrenlandiya məsələsində ciddi müqavimətlə üzləşməsi göstərib ki, bütün problemləri sürətlə həll etmək mümkün deyil. İranla bağlı münaqişə isə bu yanaşmanın daha da çətin olduğunu ortaya qoyub və qısa müddətli həll modelinin effektivliyini sual altına alıb".

 

Müsahib bildirib ki, Tramp uzunmüddətli müharibələrdən yayınmağa çalışsa da, mövcud vəziyyət onun belə münaqişələrə cəlb olunma riskinin artdığını göstərir:

 

 

" ABŞ-nin vaxtilə Rusiyanı Ukraynada uzunmüddətli müharibəyə sürükləməsi ilə bağlı yanaşmaya bənzər bir ssenarinin indi İran üzərindən ABŞ-yə qarşı tətbiq olunduğu barədə fikirlər də mövcuddur. Bu kontekstdə, Rusiya eyni strategiyanın ABŞ-yə qarşı istifadə olunmasına çalışır. Belə şəraitdə, Trampın uzunmüddətli müharibələrdən yayınmaq istəyi real görünsə də, bunu praktik siyasətdə tam şəkildə həyata keçirmək çətinləşir. Hazırkı vəziyyət onun davamlı və uzanan münaqişələrə daxil olma ehtimalının yüksək olduğunu göstərir. Ceyms Devid Vensin son bəyanatı da bu çərçivədə fərqli qiymətləndirilə bilər. Bu açıqlama daha çox İranla bağlı hərbi əməliyyatların müəyyən mərhələdə dayandırılması və ya “qələbə” elan edilərək prosesin yekunlaşdırılması üçün ideoloji zəmin kimi görünür. Daha əvvəl də münaqişə tam başa çatmadan oxşar bəyanatların verildiyi müşahidə olunub. Bu baxımdan, yaxın perspektivdə Trampın İranla bağlı əməliyyatları dayandırmaq və ya fasilə vermək ehtimalı istisna edilmir. Bununla belə, ümumi mənzərə göstərir ki, onun uzunmüddətli və ləngimiş müharibələrdən yayınma strategiyası tam şəkildə reallaşmayıb".

 

 

Səmayə Səftərova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər