00:00:00
Yazar
Admin User
27.01.2015 08:37 329 1 dəq oxuma
Sosial

Vergilər departamentinə 3 xidməti maşın verilib

Ötən ilin martından etibarən Vergilər Nazirliyi yerli vergi orqanlarına xidməti nəqliyyat vasitələri paylayıb.
Vergilər departamentinə 3 xidməti maşın verilib

Gəncə şəhərində yerləşən 12 saylı ərazi vergilər departamentinə də bəzi məsələlərin asan həlli məqsədilə 3 xidməti maşın verilib. Vergilər Nazirliyinin aidiyyatı struktur vahidlərinin sərəncamına verilən xüsusi nəqliyyat vasitələri sərnişindaşıma və universal tiplidir, avtomobillər müvafiq informasiya bazasına malik kompüter və texniki vasitələrlə təchiz olunacaq.

Avtomobillərdən əsasən müxtəlif görüşlərin təşkilində, səyyar məlumatlandırma zamanı, lazımı sənədlərin vergi orqanına operativ şəkildə çatdırılması və bilavasitə vergi ödəyicilərinə xidmət məqsədilə istifadə edilir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər