Vernidub “Neftçi”yə ukraynalı yarımmüdafiəçi gətirmək istəyir
“Neftçi” qış transfer dövründə heyətini gücləndirmək istiqamətində fəal iş aparır. Ukrayna mətbuatının yazdığına görə, Bakı təmsilçisi “Rux” klubunun yarımmüdafiəçisi Denis Pidqurski ilə maraqlanır. Baş məşqçi Yuri Vernidubun 22 yaşlı futbolçunun transferində maraqlı olduğu bildirilir. “Transfermarkt” portalı oyunçunun bazar dəyərini 500 min avro olaraq qiymətləndirir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki, “Neftçi”nin Denis Pidqurski ilə maraqlanması təsadüfi deyil:
“22 yaşlı yarımmüdafiəçi orta sahədə dinamika, pressinq və oyun quruculuğu baxımından komandaya əlavə keyfiyyət qata bilər. Yuri Vernidubun ukraynalı futbolçuları yaxından tanıması riskdən çox üstünlük kimi görünür, çünki məşqçi oyunçunun potensialını və uyğunluğunu yaxşı bilir. Bu transfer reallaşarsa, “Neftçi”nin orta xəttdə güclənməsi Premyer Liqada rəqabəti daha da artıracaq”.
Nazim Xeyrxəbərli
