VI İslam Həmrəyliyi Oyunlarının açılışı olub
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.
"İnformator.az"xəbər verir ki, tədbir "Al Janadryah"da baş tutub.
Keçirilən paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyıblar.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslamiadanın bağlanma mərasimi noyabrın 21-də olacaq.
