00:00:00
Yazar
Admin User
01.11.2023 16:47 329 2 dəq oxuma
Sosial

Viruslardan, koronavirusdan qorunmaq yolları

Viruslardan, koronavirusdan qorunmaq yolları

“Payız mövsümü virusların başlaması, xəstəliklərin yayılması ilə tanınır. Yayılan xəstəliklər arasında kəskin respirator xəstəlikləri, uşaqlar arasında yayılan viruslar, qızılca və s. kimi xəstəliklər daha kütləvi hal almağa başlayır. Biz həkimlər daim 2 fikri əsas tutur və səsləndiririk. İlk olaraq, bu xəstəliklərə qarşı peyvənd olunmalıdır. Digər tərəfdən isə bədənin immun sisteminin gücləndirilməsi vacib bir amildir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev söyləyib. Onun sözlərinə görə, immun sistemi bütün orqanların eyni vaxtda və eyni dərəcədə sağlam fəaliyyət göstərməsi üçün üçün iş birliyi rolunu oynayır.

 

“Yəni, bu iş birliyi pozulmayanda insan sağlam qalır, onun bədəni ayrı-ayrı xəstəliklərə qarşı möhkəm və dözümlü olur. Bunları da həyata keçirmək üçün orqanizm təbii qidalara ehtiyac duyur. Amma qidalanma zamanı, normadan artıq yemək olmaz. İnsanlar çalışmalıdır ki, gün ərzində normal miqdarda su içsinlər, yeməkdən öncə göyərti və meyvə-tərəvəzə çox üstünlük versinlər”.

 

Professor deyir ki, bədəndə metobolizmin mübadiləsi düzgün getməlidir.

 

“İnsanların “Doyunca yemək" ifadəsi heç də düzgün deyil. İnsan doyanda, yeməyi də dayandırmağı bacarmalıdır. İmkan düşdükcə torpaqda gəzmək lazımdır. Bütün bunlar bədənin müsbət qıcıqlandırıcılarıdır. Eyni zamanda insanın psixologiyası da bu zaman yaxşı olur. Ətraf mühitə qarşı, insanlara qarşı dözümlü yanaşmağa səbəb olur”.

 

Aydın Əliyev düşünür ki, virusun dırnaq arası belə bir xeyri oldu ki, bütün ölkə ərazisinə sanitar-gigiyenik qaydaları qorumaq lazım olduğunu göstərdi.

 

“Biz bir-birimizə hörmətlə yanaşmalıyıq, sanitar-gigiyenik qaydaları qorumalıyıq, nəqliyyat vasitələrində getdikdə, xəstə olduqda lazım gələndə maskalar taxılmalıdır, əllər yuyulmalıdır. Bunlara riayət etsək, o cümlədən şəhərin tozluq dərəcəsi aşağı, maşınların benzinləri keyfiyyətli olmalıdır. Bu məsələlər birtərəfli deyil”.

 

A.Əliyev sonda deyir ki;

 

“Biz həkimlər həmişə geniş mənada bunları izah edirik və bu zaman dövlətin hər bir təsərrüfatında çatışmayan cəhətlər üzə çıxır. Təbiətlə təmas qurmalıyıq və dərimizin fiziki təmirlərini, normal qidalanmasını təmin etməliyik, bədənin və yer kürəsinin 3/4'nün su olduğunu bilməliyik, rəngli mayelərdən qaçmalıyıq, bacardığımız qədər təbii sular içməliyik”.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər