00:00:00
Yazar
Admin User
17.11.2025 16:14 102 1 dəq oxuma
İdman

Voleybol üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib

Voleybol üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmələr arasında U-14, U-16 və U-18 yaş kateqoriyaları üzrə Azərbaycan birinciliklərinə start verib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, yarışlarda müxtəlif şəhər və rayonlardan olan qız və oğlan komandaları iştirak edirlər.

 

Oyunlar Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Oğuz, Tovuz, Sumqayıt və digər bölgələrdə keçirilir. Cari mövsümdə ümumilikdə 170 komanda – 110 qız və 60 oğlan kollektivi mübarizə aparır.

 

Reqlamentə uyğun olaraq yarışlar qrup mərhələsi ilə başlayıb pley-off raundları ilə davam edəcək. İlk gündə Bakıda üç yaş kateqoriyası üzrə 15 oyun, bölgələrdə isə 30 qarşılaşma baş tutub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər