00:00:00
Yazar
Admin User
22.07.2018 05:43 586 1 dəq oxuma
Sosial

Vətəndaş cəmiyyələrinin diqqətinə

Müraciət üçün son gün 27 iyul 2018-ci ildir.
Vətəndaş cəmiyyələrinin diqqətinə

Vətəndaş cəmiyyəti təşkilatlarının nəzərinə! 

İnformator.az xəbər verir ki, Avropa Birliyi ️və BMT İnkişaf Proqramının “Gender məsələləri ilə bağlı Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında vətəndaş cəmiyyəti təşkilatlarının rolunun təşviqi” adlı birgə layihəsi müsabiqə elan edir.

Müraciət üçün son gün 27 iyul 2018-ci ildir.

Seçilmiş təşkilatlar Davamlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, işçi qruplar, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi müvafiq dövlət qurumları ilə görüş və məşvərətlərə dəvət ediləcək. Bu görüşlər, gender aspektləri də daxil olmaqla, DİM-lər və 2030-cu il Gündəliyinin icrası üçün vətəndaş cəmiyyəti və hökumət arasında kommunikasiyanın, eləcə də dialoq və şəbəkələşmənin yaradılmasına kömək edəcək.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://unazerbaijan.org/tenders/call-for-expression-of-interest/

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər