Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən
Şəhidlik adını ucuz tutmayın,
Öldülər sözünü dilə almayın.
Onlar yaşayırlar, siz unutmayın,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!
Bu günə qədər bir çox igid Vətən uğrunda canından keçərək ən yüksək zirvə olan şəhidlik zirvəsinə ucalıb. Milli Qəhhrəman 1988-ci il təvəlüdlü Mübariz Ağakərim oğlu İbrahimov kimi... O, Cəlilabadda dünyaya gələn Mübariz ilk təhsilini də məhz orada alıb. Uşaqlıqdan Vətənə məhəbbəti onu hərbiyə ömürlük bğlayıb. “Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...” deyən Milli Qəhrəman 2009-cu ildə hərbi xidmətə yollanıb.
O, artıq çavuş yox, gizir kimi çalışırdı. Lakin bu onu qane etmirdi. Mübarizin əsas arzusu sərhəd rayonlarda xidmət etmək idi. Mübariz İbrahimov artıq Vətəni dar gündə görməyə dözmür, düşmənlə mübarizədə ilk sıralarda olacağına and içir. 2010-cu il cəbhədə atəşkəsin pozulmasına dair xəbər yayılır. Mübariz İbrahimov fürsətdən istifadə edərək düşmən tərəfə keçir. Düşmənin silahını özlərinə qarşı istifadə edərək bir çox erməni zabitini öldürür. 6 saat döyüşdükdən sonra o, artıq 140-dan çox ermənini məhv edir. Geri dönmək şansı olsa da, geri addım atmır. Sonda isə, adı kimi “Mübariz” bir şəkildə ən böyük arzusu olan şəhidlik mərtəbəsinə ucalır..
Aytac Abdullayeva
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi
