“Vətənpərvər internetçilər” layihəsi baş çatdı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Vətənpərvər internetçilər” layihəsi həyata keçirildi.
İnformator.az xəbər verir ki, 19 fevral 2016-cı il tarixində Sabunçu Gənclər Evində “Vətənpərvər internetçilər” layihəsinin bağlanış mərasimi baş tutdu. Layihədə iştirakçı olan bütün gənclərin iştirak etdiyi tədbirdə gənclər bu layihənin əhəmiyyətindən danışdı, layihə çərçivəsində əldə etdikləri geniş biliklərin gələcəkdə düzgün istifadəsinin faydaları barədə fikirlərini bölüşdülər.
Layihənin icra planına uyğun olaraq beş qrup üzrə 100 nəfər yeniyyetmə və gənclər təlimlərdə iştirak edib. Belə ki, ilk olaraq birinci və ikinci qrup üzrə Sabunçu Gənclər Evində Sabunçu rayonu 12 saylı Bakı Peşə liseyinin tələbələri iştirak ediblər, üçüncü qrup üzrə təlimlər 155 saylı tam orta məktəbin 10,11-ci sinif şagirdləri arasında baş tutub. Dördünçü qrupda Bakı Dövlət Sosial - İqtisad Kolleci Tələbələri təlimlərdə iştirak ediblər.
“Vətənpərvər internetçilər” layihəsinin məqsədlərində gənclərin demək olar ki, hər gün iştirakçısı olduqları virtual aləmin etik qaydaları ilə, praktik məsləhətlərlə tanış etmək, internet şəbəkəsində vətənimiz haqqında məlumatların çoxaldılmasında iştirak etmələrini təmin etmək, dünyanın bundan sonrakı informasiya müharibəsində iştirak edəcək vətənpərvər gənclərin hazırlanması nəzərdə tutulurdu .“Vətənpərvər internetçilər” layihəsi çərçivəsində Gənclər üçün təşkil olunan təlimdə sosial şəbəkə anlayışı, sosial şəbəkələrin gənclərə təsirinin mənfi və müsbət tərəfləri, sosial şəbəkələrdən səmərəli istifadənin üsulları və sosial şəbəkələrdə vətənpərvər gənclərimizin ölkəmizinin haqq səsinin daha da ucaldılmasının üsulları geniş izah olundu. Təlimdə internet mediasında praktik məsləhətlər və etik qaydalar, sosial şəbəkələrdə etik davranışın prinsipləri, “netiket” anlayışı barədə geniş məlumat verildi.
