“ Vətənpərvər Maarifçi Gənclər “ ictimai birliyi məktəblilərlə görüşlərə başlayıb
“Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili istiqamətində gəzintilər və məktəblilərlə görüşlər”. Layihə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Aysunay Həsənovadır. Onun verdiyi xəbərə görə verdiyi layihə üç ay 01.03.2023-31.05.2023 tarixlərinə qədər icra olunacaq.
Layihənin məqsədi müharibə iştirakçılarının asudə vaxtını təşkil etməklə, onları cəmiyyətə həm tanıtmaq, təbliğ etmək, həm də məktəblilərə vətən yolunda fədakarlıq göstərənləri nümunə göstərməkdir. Müharibə iştirakçılarının asudə vaxtını təşkil etmək üçün mühitlərini dəyişmək məqsədi ilə səyahətlər təşkil olunacaq: Masallı,Bakı şəhərində beş məktəbdə görüşlər keçiriləcək, çay süfrəsi veriləcək.
İlk tədbir Ramana qəsəbəsində Xankəndi 4 nömrəli məktəbdə keçirildi. Layihə rəhbəri Aysunay Həsənova tədbiri açaraq layihə haqda məlumat verdi. Layihə rəhbərinin köməkçisi Mətanət Cəfərova da şagirdlərlə söhbətində qəhrəmanlarımız barədə məlumat verərək,şagirdlərə xitabən müharibədə iştirak edən doğmaları barədə məlumat vermələrini xahiş etdi.Şagirdlərdən Ayxan Tatarov, Oruc Şükürov, Mehrin Hüseynli, Aysu Salahlı, Zəhra Abbasova, Fəqan Ağayev, Şahin Qarayev atalarının, dayılarının, əmilərinin qəhrəmanlıqlarından danışdılar. Onu da qeyd etdilər ki, məktəbin hər sinifi bir şəhidin adını daşıyır. Siniflərə daxil olanda hər dəfə şəhidləri yad edirlər.
Layihə rəhbəri Aysunay Həsənova, Mətanət Cəfərova məktəblilərə tövsiyyələrini verdilər. Yaxşı oxumalarını, çoxlu xarici dil billmələrini arzuladılar.
Tədbirin sonunda şirniyyat və çay süfrəsi arxasında söhbərlər davam etdirildi.
