Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib
Serbiya Prezidenti Aleksandr Vuçiç "Cənub-Şərqi Avropa-Ukrayna" sammitində iştirak edəcəyini və bu çərçivədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib.
"İnformator.az" xəbər verir ki, bu barədə Serbiyanın "Tanjug" informasiya agentliyi məlumat yayıb.
"Əlbəttə ki, əməkdaşlıq etmək yaxşıdır. Mən artıq dörd görüşdə-Odessa, Dubrovnik, Afina və Tiranada olmuşam. Lakin təklif olunan bəyannaməni və qalan hər şeyi nəzərə alsaq, bu asan olmayacaq", - Vuçiç bildirib.
Bununla belə, sammitin dəqiq harada və nə vaxt keçiriləcəyi məlum deyil.
Qeyd olunub ki, Vuçiç ilk dəfə ötən ilin iyun ayında o vaxt Odessada keçirilən "Ukrayna-Cənub-Şərqi Avropa" sammitində iştirak etmək üçün Ukraynaya səfər edib.