00:00:00
Yazar
Aydan Əsgərxanlı
18.07.2026 20:45 33 1 dəq oxuma
İdman

Vüqar Həşimovun qardaşı bu qurumun vitse-prezidenti seçilib

Vüqar Həşimovun qardaşı bu qurumun vitse-prezidenti seçilib

Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə Avropa Şahmat İttifaqına prezident seçilib.

 

Ardınca vitse-prezident vəzifəsinə seçkilər olub. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq təşkilatda vitse-prezident vəzifəsinə seçilib. Ümumilikdə qurumda 3 vitse-prezident çalışacaq.

 

Seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.


Qeyd edək ki, Sərxan Həşimov mərhum şahmatçı Vüqar Həşimovun qardaşıdır.

#gündəm #yeni #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər