Əvvəlki müsabiqədə plan yerləri dolmamışdı
İnformator.az-ın budəfəki müsahibi təhsil eksperti İlqar Orucovdur. O, magistraturanın 2-ci cəhdi ilə bağlı danışıb.
Bu gün magistraturanın 2-ci cəhdi bitdi. Vəziyyət necədir? Plan yerləri doldumu?
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri artıq elan olunub. 1055 nəfər magistraturaya qəbul olub. Əlbəttə, əvvəlki müsabiqədə plan yerləri dolmamışdı. Bəzi ixtisaslar var ki, konkret olaraq, proqram üzrə orada kifayət qədər boş yerlər qalıb. Elə proqramlar var ki, orada plan yerləri 100% dolmuşdu, elələri də var ki, orada yarıdan çox boş yer qalmışdır. Plan yerlərinin dolması həmin ixtisaslara olan maraqla bağlıdır. Plan yerləri tam da dolmayacaq. Nəzərə alsaq ki, magistraturaya qəbul olmaq istəyənlərin bütövlükdə faiz nisbətində dəyişiklik var, müraciət edənlərin sayı artıb. Eyni zamanda plan yerləri də kifayət qədər artırılıb. DİM-in rəsmi statistik məlumatları veriləndən sonra hansı plan yerlərinə qəbulun başa çatdığını, yaxud başa çatmadığını deyə bilərik. Plan yerləri nazirlik kabineti tərəfindən müəyyənləşdirilir. Bu, həm ixtisaslara olan tələbatla bağlıdır, eyni zamanda ali təhsil müəssisələrinin magistratura pilləsində təhsil veriləcək ixtisaslara bağlıdır. Elə ixtisaslar var ki, həqiqətən də həmin ixtisaslara maraq azdır. Plan yerlərinin dolması və boş qalması yalnız magistratura pilləsində təhsil almağa iddiaçı olan şəxslərin arzuları və seçimi və müsabiqə nəticələrindən asılıdır.
Sayad Qoşnalıyeva
