00:00:00
Yazar
Admin User
21.08.2023 12:14 253 2 dəq oxuma
Sosial

Vyana şəhərində erməni ekoterroruna qarşı etiraz aksiyası keçirilib

Vyana şəhərində erməni ekoterroruna qarşı etiraz aksiyası keçirilib

Avstriyanın Vyana şəhərində Ermənistanın Azərbaycana qarşı törətdiyi mina və ekoterrora qarşı etiraz aksiyası keçirilib. Nümayiş  ATƏT-in katibliyi qarşısında Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutub.  



"Azeri-DER" Kültür və İş Adamları Dərnəyinin rəhbəri Yardım Günəş deyir ki, xüsusən də mühim qurumların yerləşdiyi yerdə polisdən icazə alıb dinc şəkildə aksiya keçirdik: "Oradakı yerli əhali, dünyanın hər yerindən gələn turistlər də aksiyaya böyük maraq göstərirdi. Çünki təbiətə qarşı bu münasibət bütün dünyanı narahat edən mövzudur və xüsusilə avropalılar və avstraliyalılar buna həssas yanaşırlar".


Etiraz aksiyasının davam etdiyi müddətdə isə bir neçə erməni iştrakçılara təzyiq göstərib. Dərnəyin rəhbəri Yardım Günəş bildirib ki, ermənilər təxribata cəhd edib, daha sonra onlar ərazidən uzaqlaşıb və  etiraz aksiyası davam etdirilib.

Yardım Günəş onu da əlavə edib ki, erməni qadın onlara təhqirlər yağdırıb: "Bir erməni qadın yaxınlaşdı, qışqıraraq bizə ermənicə təhqirlər söylədi, sonra rusca danışmağa başladı. O, uzaqlaşandan sonra bir neçə nəfər erməni də gəldi. Onlar da eyni şəkildə təhqirlər dedi".

Aksiya iştrakçısı Serpil Günəş bildirib ki, ermənilərn Azərbaycana göstərdiyi təxribata görə, xüsusilə mina yerləşdirdiklərinə və təbiətə verdikləri ziyana görə onlara etiraz olaraq bir proqram hazırlamışıq. Mən də orada vərəqələr paylayıram".


Aksiya iştirakçıları şəhər sakinlərini Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırıb və onlara müxtəlif məlumatlandırıcı broşürlar paylayıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər