WAKO versiyası üzrə Avropa Çempionatında millimiz yüksək nəticə göstərib
Ümumilikdə Milli Komandamız 5 Qızıl, 5 Gümüş və 10 Bürünc medal qazanaraq bu mötəbər yarışda iştirak edən 41 ölkə arasından 14-cü pilləyə yüksəlib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında idman eksperti Ağa Dadaşzadə bildirib ki, bu ilk növbədə yaxşı nəticədir:
"5 Qızıl medal varsa, bu artıq yaxşı ab-havadan xəbər verir. Düzdür, könül istərdi ki, nəticə daha yaxşı olsun. Lakin, 14-cü pillə pis nəticə deyil. Bizdə bu idman növündə, ümumiyyətlə, kişilər daha yaxşı çıxış edib. Qadın idmançılarımızın da, çıxışını normal hesab etmək olar, çünki rəqiblər də, güclü idi. O istiqamətdən mən hesab edirəm ki, qadınlarımız da, pis döyüşmədi. Onların da, zəhmətini təbii ki, qiymətləndirməliyik. İnanıram ki, qadın idmançılarımız da, gələcəkdə uğurlu çıxışlar edəcəklər. Gələcəkdə Avropa və Dünya çempionatlarında daha yüksək pillələrə qalxmaq üçün çoxlu məşq etmək, bir çox turnirlərdə iştirak etmək lazımdır. Bundan başqa sistematik məsələlər, ab-hava düzgün olmalıdır, psixoloji cəhətdən hazır olmaq lazımdır. Amma, bütün bunların başında düzgün sistemli məşq durur. Təlim-məşq bazaları yaradılmalı, düşərgələr qurulmalıdır. Xaricdən idmançılar gəlib ölkəmizdə məşq etməlidirlər, həmçinin, biz də, gedib xaricdə məşqlər etməliyik".
Türkanə Kərimova
