00:00:00
Yazar
Admin User
23.06.2023 17:59 311 1 dəq oxuma
Sosial

WhatApp-dan istifadəçiləri sevindirəcək bir yenilik daha gəlir

WhatApp-dan istifadəçiləri sevindirəcək bir yenilik daha gəlir

WhatsApp-ın yeniləməsi ilə artıq naməlum zənglərin bloklanması mümkün olacaq.

 

İnformator.az xarici KİV-ə istinadən bildirir ki, zəng məhdudiyyəti kimi hesab olunan bu funksiya hələ test mərhələsindədir. 

 

İnkişaf mərhələsində olan bu funksiyanın müəyyən çatışmazlıqları olduğu üçün yayımlanması bir qədər vaxt aparacaq. 

 

 

Əvvəllər spam zəngləri öz-özünə susduran WhatsApp, bu yeniləmədə Məxfiliyə Nəzarət bölməsindən zəngləri gizlətmək imkanını aktivləşdirməyə imkan verir.

 

Amma pis tərəf bundan ibarətdir ki, funksiyanı aktivləşdirdiyiniz zaman zəng edən şəxs kontaktınızda qeydiyyatdan keçməyibsə, o, spam kimi aşkarlanır və zəng susdurulur. Belə ki, hətta tanıdığınız birinin yeni nömrəsindən sizə zəng gəlsə belə, bu, spam kimi qəbul edilir. 

 

Elə bu səbəbdən də WhatsApp çatışmazlığı aradan qaldırmağın üzərində işləməyə davam edir. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər