00:00:00
Yazar
Admin User
16.05.2023 09:59 775 1 dəq oxuma
Media

WhatsApp-da istənilən söhbəti kilidləyə biləcəksiniz

WhatsApp-da istənilən söhbəti kilidləyə biləcəksiniz

Dünyanın ən məşhur anlıq mesajlaşma proqramı olan WhatsApp, istifadəçilər üçün çox faydalı olacaq yeni funksiyalar üzərində işləyir.

 

İnformator.az xəbər verir ki, “WhatsApp” ən son yeniləməsində “söhbət kilidi” funksiyasını təqdim edib. Uzun müddətdir sınaqdan keçirilən yeni funksiya sayəsində hər bir söhbət ayrı-ayrılıqda kilidlənə biləcək. Bu söhbətlərə daxil olmaq üçün parol və ya barmaq izi identifikasiyası tələb olunacaq.

 

Söhbət kilidləmə funksiyasının bütün istifadəçilərin istifadəsinə verilməsi üçün bir az vaxt lazımdır. Funksiyanı aktivləşdirmək üçün WhatsApp-da söhbəti açaraq profil səhifəsinə daxil olmaq lazımdır. Daha sonra buradan "Söhbət kilidi" funksiyası seçilir.

 

Nahid

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər