00:00:00
Yazar
Admin User
22.05.2023 18:21 666 1 dəq oxuma
Media

WhatsApp-da yeni funksiya - MESAJ REDAKTƏ

WhatsApp-da yeni funksiya - MESAJ REDAKTƏ

Mesaj redaktə funksiyası WhatsApp-a gəlir.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Meta istifadəçilərin WhatsApp vasitəsilə göndərdikləri mesajları 15 dəqiqə ərzində redaktə edə biləcəklərini açıqlayıb.

 

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi Meta-nın açıqlamasına görə, “WhatsApp”a istifadəçilərinə söhbətlərinə daha çox nəzarət edə biləcək yeni funksiya gətirilib. İstifadəçilər göndərdikləri mesaja uzun müddət basaraq “redaktə et” seçimi ilə 15 dəqiqə ərzində dəyişiklik edə biləcəklər.

 

Mesajlar və redaktələr uçdan uca şifrələmə ilə qorunacaq. Bu funksiya artıq bütün dünyada mövcuddur və yaxın həftələrdə hər kəs üçün əlçatan olacaq.

 

Sayad

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər