00:00:00
Yazar
Admin User
14.06.2023 18:20 287 1 dəq oxuma
Sosial

Whatsapp-da yeni funksiya: Video mesaj dövrü başlayır

Whatsapp-da yeni funksiya: Video mesaj dövrü başlayır

WhatsApp yeni funksiyasını iOS və Android istifadəçiləri ilə sınaqdan keçirir. Video mesaj xüsusiyyəti ilə siz 60 saniyəlik videolarınızı anında başqa istifadəçilərə göndərə biləcəksiniz.

 

İnformator.az NTV-yə istinadən xəbər verir ki,videoların 60 saniyəyə qədər paylaşılmasına imkan verən funksiya seçilmiş beta istifadəçiləri tərəfindən sınaqdan keçirilir. Bundan əlavə, xəbərdə video mesaj xüsusiyyətinin önümüzdəki həftələrdə tədricən daha çox istifadəçiyə açılacağı bildirilib.

 

WhatsApp hesabınızda video mesaj funksiyasının olub-olmaması ilə bilmək istəyirsinizsə, əvvəlcə istənilən söhbət ekranına daxil olmalısınız. Dərhal söhbət panelində mikrofon işarəsinə toxunduğunuz zaman mikrofon kameraya çevrilərsə, video mesaj funksiyasından istifadə edə bilərsiniz.

 

Qeyd edək ki, video mesajlarınızı qəbul edə bilmək üçün qarşı tərəfdəki istifadəçinin WhatsApp-ın ən son versiyasından istifadə etməsi vacibdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər