00:00:00
Yazar
Admin User
03.03.2016 09:17 929 1 dəq oxuma
Maraqlı

“Whatsapp”da yeni funksiya yaranıb

“Facebook”a məxsus olan “Whatsapp” proqramına daha bir yeni funksiya əlavə olunub.
“Whatsapp”da yeni funksiya yaranıb

“Facebook”a məxsus olan “Whatsapp” proqramına daha bir yeni funksiya əlavə olunub.

İnformator.az xəbər verir ki, \"Whatsapp\" istifadəçiləri artıq PDF formatında materialları bir-birinə ötürə biləcəklər. Bunun üçün “paylaş” düyməsinə basıb ordan “sənəd” (Document) hissəsini seçmək lazımdır.

Android telefonlarda telefonun yaddaşında olan bütün sənədlər ekrana çıxacaq. \"iPhone\" istifadəçiləri isə bu sənədləri müxtəlif proqramlardan— “Dropbox”, “Google Disk”, “Microsoft OneDrive” və s. götürə biləcək.

İstifadəçilər yalnız PDF formatında materialları göndərə biləcək. Başqa formatda olan materialın göndərilməsi isə gələcək üçün planlaşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər