Whatsapp-dan iPhone istifadəçilərinə xəbər var
Ani mesajlaşma tətbiqindən daha çoxu olmağa başlayan WhatsApp-ın iOS versiyasında artıq yoldaşlıq rejimi var.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, “Companion Mode” adlanan bu funksiya ilə Apple məhsullarının istifadəçiləri mövcud WhatsApp hesablarını ikinci iOS cihazına qoşa bilərlər.
Belə ki, rəsmi olaraq elan edilən “Companion Mode” istifadəçilərə bütün cihazlarında zənglər və mesajlar göndərmək və qəbul etmək imkanı verir, eyni zamanda başdan sona şifrələmə sayəsində eyni məxfilik və təhlükəsizliyi də qoruya bilir.
Şəbnəm
