WhatsApp-dan yenilik
Mesajlaşma proqramı olan WhatsApp bir sıra yeni funksiyalar ilə gəlir. Bu yeniliklərə istifadəçi adı və ekran paylaşma xüsusiyyətləri daxildir.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, artıq nömrəsini paylaşmaq istəməyən şəxslər WhatsApp-da istifadəçi adları ilə mesajlaşmaya davam edə biləcəklər.
Qeyd edək ki, Android proqramının 2.23.11.19 versiyasıyla tanış olmuş bəzi beta istifadəçilər artıq yeni ekran paylaşma funksiyasından yararlana biliblər.
