"WhatsApp" ödənişli olub ?
WhatsApp" yeni ödənişli abunə xidməti olan "WhatsApp Plus" paketini bəzi ölkələrdə sınaqdan keçirməyə başlayıb.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında it mütəxəssisi Natiq Məmişov bildirib ki, Bu, bir qədər yanıldıcı yanaşmadır:
"WhatsApp-ın əsas xidmətləri ödənişli olmur və hazırda da pulsuz olaraq qalır. Meta bəzi ölkələrdə əlavə abunə paketləri təqdim edir. Bu paketlər əsas mesajlaşma xidmətini ödənişli etmir, sadəcə müəyyən premium funksiyalar əlavə edir. Məsələn, mövzu (tema) dəyişdirmək, fərqli tətbiq ikonları seçmək, daha çox mesaj pinləmək, xüsusi rəng tonlarından istifadə etmək və digər əlavə imkanlar bu kateqoriyaya daxildir. Bu yanaşma bir çox digər tətbiqlərin premium versiyalarına bənzəyir. Amma əsas funksiyalar mesaj göndərmək, səsli və video zənglər etmək, qruplardan istifadə etmək, status paylaşmaq və fayl göndərmək əvvəlki kimi pulsuz qalır. Bu sahələrdə hər hansı dəyişiklik yoxdur. Digər tərəfdən, Meta son vaxtlar daha çox Status və Kanallar bölməsində reklam və ödənişli funksiyalar üzərində işləyir. Buna görə də gələcəkdə bu bölmələrdə daha çox reklam görməyimiz mümkündür. Şirkət reklamların hədəflənməsi üçün əsasən ictimai məzmunlardan, kanallardan və digər Meta platformalarından əldə olunan məlumatlardan istifadə etməyə çalışır".
İt mütəxəssisinin sözlərinə görə, təhlükəsizlik baxımından isə WhatsApp-da mesajlar hazırda da başdan-başa şifrələmə (end-to-end encryption) ilə qorunur:
" Şirkətin bildirdiyinə görə, mesajların məzmunu oxunmur. Premium abunəliklər də bu şifrələmə mexanizmini dəyişmir; bununla bağlı hər hansı yenilik və ya fərq yoxdur. Yekun olaraq, WhatsApp pulsuzdur və əsas xidmətlərin pulsuz qalacağı gözlənilir. Hazırda şəxsi mesajlaşma və zənglərin ödənişli olacağına dair hər hansı rəsmi açıqlama yoxdur. Mövcud dəyişikliklər əsasən premium funksiyalar, reklamlar və ictimai məzmun sahələri ilə bağlıdır. End-to-end şifrələmə isə olduğu kimi qalır".
Selcan Xudiyeva