“Wirtz rəqəmlərə yox, oyununa fokuslanmalıdır”
Liverpool kapitanı Virgil van Dijk Florian Wirtzi “rəqəmlərə aldanmamağa” çağırıb. Gənc alman futbolçunun Sunderlandlə oyunda vurduğu qol sonradan avtoqol kimi qeydə alınıb və Wirtz Premyer Liqada 13 matçdır qol və asistdən uzaqdır.
Van Dijk onun dünya səviyyəli futbolçu olduğunu və sadəcə vaxt lazım gəldiyini deyib: “Bugünkü futbolda hər kəs qollara və asistlərə baxır, amma oyuna verdiyin ümumi töhfə daha vacibdir”.
Salah isə ardıcıl ikinci matçda ehtiyatdan başlayıb, lakin fasilədən sonra oyuna daxil edilib. Van Dijk bildirib ki, Salah məyus olsa da, komandada hələ də aparıcı fiqurdur.
Van Dijk komandanın hazırda sabitlik axtardığını vurğulayıb: “Həm Flo, həm Mo, həm də hamımız daha yaxşı formaya düşməliyik. Ən vacibi odur ki, birlikdə ritmi tapaq və nəticəni sabitləşdirək”.
The Guardian
Eslanda Kulieva
