WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib
UN-Habitat və Azərbaycan Hökuməti World Urban Forum 13 çərçivəsində yeni beynəlxalq “Baku Urban Award” təsis edib.
Mükafat dayanıqlı şəhər inkişafı, əlçatan mənzil və innovativ şəhərsalma həllərinin təşviqinə xidmət edəcək. Layihənin məqsədi uğurlu şəhərsalma təcrübələrinin beynəlxalq səviyyədə tanıdılmasıdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında urbanist Anar Əliyev bildirib ki, WUF-13 kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsi şəhərsalma və urbanistika sahəsində qlobal təcrübələrin müzakirəsi baxımından vacibdir:
"Eyni zamanda, bu cür forumların real nəticəsi konkret urbanistik islahatlarla müşahidə olunmalıdır. Xüsusilə də, piyadayönümlü layihələrin icrası burada əsas prioritetlərdən biri olmalıdır. Müasir şəhərsalma prinsiplərinə görə şəhərdə ən yüksək prioritet piyadaya verilməlidir.
Bu gün Bakının bəzi küçələrində piyadalaşdırma layihələri həyata keçirilsə də, hələ də fundamental problemlər qalmaqdadır. Bir çox küçələrdə keyfiyyətli piyada səkiləri yoxdur, təhlükəsiz piyada keçidlərinin sayı kifayət deyil. Yeraltı və yerüstü keçidlərin əksəriyyəti isə azmobilli insanlar üçün əlçatan deyil. Hesab edirəm ki, məhz bu məsələlərə daha çox diqqət ayrılması daha vacib olar".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekoloq Ənvər Əliyev bildirib ki, şəhərlərin salınmasında əsas bir neçə vacib şərtlər var:
"Birinci şərt ondan ibarətdir ki, əhalinin təmiz hava, bilirsiz də, hər bir avtomobil insan həyatı üçün 260-a qədər müxtəlif növ zərərli və yaxud da ki, gələcəkdə sonradan zərərli olan maddələrlə şəhərlərin atmosferini korlayırlar. Burada təkərlərdən qalxan o rezin tullantıları da gəlsə çox ağır bir vəziyyət yaranır. Ona görə də birinci növbədə, şəhər mühitində mütləq mənada, deməli, bax bu məsələyə fikir vermək lazımdır. Ən böyük problemi onun səs-küyüdür ki, insan sağlamlığına bir neçə xəstəliklərin, xüsusilə, əsəb, dəri xəstəlikləri, sonra tənəffüs yollarının çirklənməsi, çirklənməsinin ağır fəsadları və.s bax bu kimi məsələlərdə olduqca diqqətli və bu məsələyə fikir vermək lazımdır. Şəhər mühitinin ən mühüm problemlərindən biri onu təmiz su ilə təmin etməkdir ki, təbii ki, burda təmiz su deyəndə təkcə, deməli, onun bulaq suyu və.s olması yox, həm də bulaq suların hansı halda olmasıdır. Misal üçün, biz, əgər, şollar suyunu və yaxud da ki, Oğuz-Qəbələ sularını gətiririksə, Bakıya, o sular o qədər də təmiz sayıla bilməz. Çünki orda suyun neytrallığı yoxdur. Burada biz onu pH deyirik də. Çünki burda o qələvi mühiti yəni pH çoxalanda 6,5-7,5 bu neytral mühitdür. Əgər 7,5dən yuxarı olursa, bu olur qələvi mühit. Əgər 6,5dən aşağı olursa bu da turş mühitdir. Buna görə də, bu məsələlərə ciddi yanaşmaq lazımdır. Qələvi mühit bilirsiz ki, bax bu qeyri-neytral onlar kifayət qədər, deməli, problem yaradır. Xüsusən, paltarların yuyulmasında, sonra mədə-bağırsaq sistemində bax bunların hamısını diqqətə almaq lazımdır ki, təkcə, Bakı şəhərindəki əhali ki var onun, əgər, neytral su ilə yusaq, indiki mövcud sudan qat-qat az təmizləyici maddələrdə istifadə olunmalıdır. Bu isə həm təkcə maliyyə cəhətdən yox, həm də digər məqsəddən də kifayət qədər problemini aradan qaldıran olar. Təəssüf ki, hələlik buna biz riayət edə bilmirik və hazırda bu qələvi mühit xaricdə hətta, ev heyvanlarının bizim indi işlətdiyimiz Bakının suyundan içizdirməyə icazə vermirlər. İkinci məsələ isə, şəhərdə yaşıllıq sahələrinin artırılması. Bildiyimiz kimi, şəhərdə kənddə, kainatlar özündə bu məsələ belədir ki, həmin yaşıllıqlar bizi fotosintez prosesi vasitəsilə təmiz oksigenlə təmin edirlər. Bu oksigen də yalnız yaşıl bitkilərin xlorofilləri və onların istehsal elədiyi fotosintez vasitəsilə istehsal etdiyi oksigendən ibarətdir. Hər bir şəhər mühitində kifayət qədər yaşıllıq olmalıdır ki, bu yaşıllıqlar insanların sağlamlığına kifayət qədər quluq edə bilsinlər. Xüsusilə, xəstə, yaşlı, sonra nəfəs yollarında problemi olan adamlarda bax bu məsələyə ciddi fikir vermək lazımdır. Ən vacib şərtlərdən biri ondan ibarətdir ki, əgər şəhər mühitində normal mühit istəyiriksə, normal oksigenlə təminatlı, təmiz, havadan, təkcə o, elə oksigendən söhbət getmir, həm də yarpaqların üstünə düşən tozlar və.s heç olmasa bir balaca havanın mühitini təmizləyir ki, sonradan yağış vasitəsilə onlar yuyulub gedir. Bax burda da məsələ belədir ki, hər adam başına 50 kvadrat metr yaşıllıq sahəsi düşməlidir. Bura ağaclar da daxildir. Ona görə də, bu məsələdə diqqətli olmaq daha vacibdir ki, bu şəhər salmada belə şeylərə diqqət verilməlidir. Və ekoloji baxımdan bu cür məsələlərə ciddi diqqət vermək lazımdır. Çalışmaq lazımdır ki, ahıl-yaşlı, ürək xəstəsi olan körpələrin normal yatmağı və yaxud da ki, istirahəti üçün birinci növbədə, onların səsə olan nisbəti normada olsun. Bildiyimiz kimi norma 56 dB-dir.
Amma, təəssüf ki, bu qaydaya Bakıda əmək olunmur, təkcə metroda 60-70dB-dir. Bu da dediyim kimi, müxtəlif növ xəstəliklərin səbəbkarıdır. Sonra uşaq tədris müəssisələrini, xəstəxanaları çox səs-küylü yerdən kənarda, yaşıllıqlarla zəngin olan sahələdə salınsa, daha yaxşı olar".
Aişə Mustafayeva