WUF13-də şəhər iqlimi və dayanıqlı urbanizasiya məsələləri müzakirə olunub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclası baş tutub. İclas zamanı iqlim dəyişikliyi ilə mübarizə, şəhər infrastrukturunun dayanıqlılığı və beynəlxalq əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver bildirib ki, iqlim dəyişikliyi artıq yalnız ekoloji məsələ deyil, həm də şəhərlərin təhlükəsizliyi, ərzaq və su təminatı üçün ciddi çağırışdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Milli Məclisin deputatı, iqtisadiyyatçı Vüqar Bayramov bildirib ki, Azərbaycan yaşıl iqtisadiyyətı dəstəkləyən ölkələrdən biridir və təbii ki, iqlim dəyişikləri bu gün qlobal olaraq, prioritet məsələlərdən biridir və xüsusən nəzərə alsaq ki, iqlim dəyişiklikləri həm aqrar sektora, həm iqtisadiyyatın fərqli sahələrinə təsir göstərir:
"Yəni bir tərəfdən iqlim dəyişikləri ilə bağlı layihələrin həyata keçirilməsi və bu istiqamətdən və bu istiqamətdə xüsusən də, iqlim dəyişən neqativ təsirlərin minimumlaşdırılmasına çalışılması, digər tərəfdən isə yaşıl enerji istehsalının artırılması ilə bağlı fəaliyyətlər həyata keçirilir və təbii ki, WUF13 həm də yaşıl iqtisadiyyat və yaşıl enerji baxımından vacib tədbirlərdir. Və cənab p
Prezident də öz çıxışında, eləcə də, euronews kanalına verdiyi müsahibəsində də bu məsələlərə xüsusi toxunub və sözsüz, bütün bunların kontekstində yaşıl enerji layihələri həm də həm bir tərəfdən yeni şeylərin yardırılması anlamına gəlir. Digər tərəfdən isə, çox vacib üstünlüklərdən biri ondan ibarətdir ki, bu həm də Azərbaycan üçün ixrac imkanları deməkdir. Çünki bir tərəfdən, Azərbaycan yaşıl enerji məhsullarını ixrac etmək niyyətindədir. Digər tərəfdən isə, Azərbaycan həm də yaşıl enerji istehsalını artırmaqla, eyni zamanda, daha çox mavi qazı nəql etmək niyyətindədir və sözsüz, mavi qaz nəqlindən də ölkəyə daxil olan valyutanın həcminin artmasına gətirib çıxaracaq. Bakı davamlı koalisiyası həm də, sözsüz, həm bu sahəyə yeni xarici investisiyaların cəlb edilməsi, ölkənin potensialının tanıdılması və yeni ixrac imkanlarının araşdırılması aspektindən də vacib hesab olunur. Və bütövlükdə koalisiya əməkdaşlığı nəzərdə tutulur və təbii ki, bu istiqamətdə əməkdaşlıq da ölkə iqtisadiyyatçı üçün pozitiv dəyişikliklər vəd edir".
Aişə Mustafayeva