00:00:00
Yazar
Lalə Qafarova
28.04.2026 20:33 37 1 dəq oxuma
Media

Xəbərin soyuq üzünə isti nəfəs: Emosional intellekt

Xəbərin soyuq üzünə isti nəfəs: Emosional intellekt

Teleradio Akademiyası qapılarını növbəti maraqlı görüş üçün açdı. 

BDU-nun Jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva akademiya dinləyiciləri ilə bir araya gələrək mediada ünsiyyətin kodlarını təhlil etdi.


Təcrübəli pedaqoq müasir media mühitinin ən böyük ağrısını - operativlik naminə keyfiyyətin itməsini diqqət mərkəzinə gətirdi. O, jurnalist fəaliyyətinin əsas qayəsini etibar üzərində qurmağın yollarından danışdı. Qonaq gənc həmkarlarına önəmli bir ismarıc ünvanladı: "Sürət yarışında auditoriyanın inamını itirməyin".


Görüş zamanı diqqətçəkən əsas məqamlardan biri emosional intellektin jurnalist fəaliyyətinə təsiri oldu. Mütəxəssis  vurğuladı ki, auditoriyaya məlumatı dolğun ötürmək üçün təkcə sözlər kifayət etmir; həm verbal, həm də qeyri-verbal ünsiyyəti düzgün idarə etmək lazımdır. O, xüsusilə "amotiv" funksiyaya - emosiyaların və empatiyanın roluna toxunaraq, bunun peşəkar ünsiyyətdəki yerini izah etdi. 

 

Sonda dosent peşəkar tənəzzüldən qaçmağın düsturunu paylaşdı. O, jurnalistləri fərdi ambisiyalardan uzaq durmağa, oxucu qarşısındakı məsuliyyəti hər şeydən üstün tutmağa səslədi. 
 

Amin Həsənli

#media #AzTV #TeleradioAkademiyası #görüş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər