00:00:00
Yazar
Elmira Ağayeva
14.05.2026 20:00 23 1 dəq oxuma
İdman

Xədicə Qurbanzadə U-17 Avropa çempionatında finalda

Xədicə Qurbanzadə U-17 Avropa çempionatında finalda

Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında finala yüksəlib. 49 kq-da çıxış edən idmançı ilk iki görüşünü 10:0 hesabı ilə qazanıb, yarımfinalda isə Almaniyanı təmsil edən Mədinə Bayramovanı 4:1 hesabı ilə məğlub edib. Xədicə finalda ukraynalı Olena Kolubayla üz-üzə gələcək.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Xədicə Qurbanzadə gənc və perspektivli idmançımızdır:

 

“Onu tanınmış güləşçimiz Mariya Stadnikin tələbəsi kimi tanıyırıq.Həmişə də onun yanındadır, dəstək olur.Xədicə onun davamçısı kimi hesab edilir. Qeyd elədiyim kimi, perspektivli güləşçidir. Əslində bura qədər gəlməsi, 17 yaşlarında Avropa çempionatının finalına qədər yüksəlməsi də yaxşı bir nailiyyətdir. Mən düşünürəm ki, belə nailiyyətlərimiz əvvəldə olub, indi də davam etməsi bundan sonrakı mərhələlərdə həm qadın idmanına, qadın güləşinə müsbət tərsini göstərəcək və Xədicə Qurbanzadə kimi idmançılarımız daha kiçik yaşlarda olan qızlarımıza bir nümunə rolunu oynayacaq”.

 

Mələk Hüseynova

#İdman #güləş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər