00:00:00
Yazar
Admin User
30.10.2023 16:24 310 1 dəq oxuma
Sosial

"XÜSUSİ HALLARDA ERKƏN NİKAHA İCAZƏ VERİLMƏSİ QAYDASI LƏĞV EDİLMƏMƏLİDİR"

"XÜSUSİ HALLARDA ERKƏN NİKAHA İCAZƏ VERİLMƏSİ QAYDASI LƏĞV EDİLMƏMƏLİDİR"

"Xüsusi hallarda erkən nikaha icazə verilməsi qaydası ləğv edilməməlidir" Bu fikirləri Milli Məclisin üzvü Tahir Kərimli ötən gün keçirilən dinləmələrdə səsləndirib. Deputatın fikrincə, valideyn əgər ağır xəstədirsə övladının xoş gününü görmək üçün onu tez evləndirə bilər. Erkən nikahla mübarizə getdiyi bir vaxtda millət vəkilinin bu təklifi müəyyən narazılıqlara səbəb olub.

 

 

İNFORMATOR.AZ ARB 24-Ə istinadən xəbər verir ki,  T.Kərimli bildirib ki, "17 yaşa etiraz olunur, mən bunu normal hesab edirəm. Bu ləğv edilməli deyil. Atadı ağır xəstədir, xərçəng xəstəsidir öləcək. Niyə onun uşağına evlənməyə icazə verilməsin 17 yaşından? belə vəziyyətlərdə olur. O, arzu edir, övladının toyunu görsün. Nadir hallarda mənə elə gəlir ki, bunlar mümkündür".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər