00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
25.09.2026 16:37 31 1 dəq oxuma
Sosial

Xəzər geriləyir: İqlim dəyişikliyi Bakı bulvarını yeni sınaq qarşısında qoyur

Xəzər geriləyir: İqlim dəyişikliyi Bakı bulvarını yeni sınaq qarşısında qoyur

 

 

Xəzər dənizinin səviyyəsinin son illərdə sürətlə aşağı düşməsinin səbəbi iqlim dəyişikliyi hesab edilir. Bu, təkcə ekoloji gərginlik deyil, həm də paytaxtın əsas istirahət məkanı olan Bakı bulvarı üçün bir sınaqdır.


Mövzu ilə bağlı "İnformator.az" a açıqlamasında ekoloq İlqar Xəlilov bildirib ki, Xəzər dənizinin səviyyə tərəddüdü tarixi dövrlərdə də olub.Bu proses bir sıra amillərdən asılıdır:

 

"İlk növbədə iqlim dəyişikliyi və tektonik proseslər Xəzərdə səviyyə tərəddüdünə təsir edir. 1996-cı ildən etibarən səviyyə 2 metr aşağı düşüb.Dənizin  səviyyəsi dünya okeanından  29 metr aşağıdır.Bu  enmə bu gün də davam edir və müxtəlif proqnozlara görə, 2100-cü ilə qədər 16-18 metrə qədər çatacaq.Xəzər dənizinin səviyyə tərəddüdü iqlim dəyişikliyi, insanın təsərrüfat fəaliyyətinin təşkili və dənizə axıb tökülən çayların gətirdiyi suyun miqdarından bilavasitə asılıdır".

 

Ekoloq Rövşən Abbasov da, "İnformator. az" a bu mövzuda açıqlama verib:
 

"Xəzər hövzəsində yerləşən ölkələrdə, xüsusilə Rusiyada, Türkiyədə, Azərbaycanda, Ermənistanda, Gürcüstanda aparılan və Kür və Volqa hövzələrində, Qazaxıstanda isə Ural hövzəsində aparılan su təsərrüfatı planlaşdırmalarını çox ciddi sürətdə öyrənmək lazımdır ki, gələcək bizi hara aparır. Gələcəkdə Volqanın Xəzərə gətirdiyi su azalacaq, yoxsa artacaq? Əgər orada su anbarlarının tikintisi davam edəcəksə, su götürmələri artacaqsa, Rusiyanın buna müvafiq xüsusi planları varsa, bu su azalacaq və Xəzərin səviyyəsinə də təsir edəcək".

 

Xədicə İsmayılova

#baki #i̇qlim #qoyur #xəzər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər