Xamenei iki mindən çox məhkumun əfv edilməsi ilə bağlı qərar verib
İranın Ali rəhbəri Əli Xamenei Məhkəmə məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejeinin 2108 məhkumun cəzasının əfv edilməsi, yüngülləşdirilməsi və ya cəza növünün dəyişdirilməsi ilə bağlı müraciətini qəbul edib.
"İnformator.az" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Mohseni-Ejei bundan əvvəl inqilabın qələbəsinin 47-ci ildönümü münasibətilə Xameneiyə ünvanladığı məktubda müəyyən kateqoriyalar üzrə həbsdə olan şəxslərin əfv edilməsi, cəzanın azaldılması və ya dəyişdirilməsi barədə müraciət edib.
