Xankəndidə bu bina üçün 5 milyonluq tender elan edilib
Xankəndi şəhərində Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin inzibati binasının tikintisi ilə bağlı tender elan edilib.
“İnformator.az” Oxu.az-a istinadən xəbər verir ki, tikinti işlərinin ehtimal olunan dəyəri 5 milyon 23 min 59 manat məbləğində nəzərdə tutulur.
Tenderə dekabrın 12-də yekun vurulacaq.Müasir memarlıq üslubunda yeni üçmərtəbəli inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb.Baş İdarənin binasının 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.
