00:00:00
Yazar
Admin User
21.09.2023 16:50 368 1 dəq oxuma
Sosial

XANKƏNDİDƏ DOĞULAN SON AZƏRBAYCANLI

XANKƏNDİDƏ DOĞULAN SON AZƏRBAYCANLI

   Qalib Kazımov Xankəndi şəhərində doğulan son azərbaycanlı uşaqdır. 1988-ci il aprelin 20-də dünyaya gələn müsahibim həmin çətin dövrü köhnə fotolardan və valideyinlərinin dilindən eşidib.

   Qalibin dünyaya gəldiyi vaxt gərgin dövrə təsadüf edirdi. Artıq separatçı ermənilər şəhərdə yaşayan azərbaycanlı mülki əhaliyə qarşı təqiblərə başlayıb, qırığınlar törədir, evlərini yandırırdılar. Qalib doğulandan bir neçə dəqiqiə sonra anası erməni həkimlərin onu öldürmək istədiklərindən xəbər tutur. Müsahibim xəstəxanada çalışan yeganə azərbaycanlı tibb bacısının köməyi ilə həyatda qaldığını deyir. Kazımovlar ailəsi bütün çətinliklərə rəğmən övladlarını qoruya bilirlər. Gələcəyə ümidlə baxan valideyinlər yeni doğulmuş körpəyə Qalib adı verirlər. Bununla onlar qalib gələcəklərinə olan ümidlərini göstərirlər.

   Cəfəng “Miatsum” hərəkatının başladılması ilə Qalibin ailəsi kimi digər Xankəndi sakini olan azərbaycanlılar da doğma evlərini tərk edərərk yaxın ərazilərdə yerləşən qohumlarının evlərin köçür. Həmin vaxt Kazımovlar ailəsi Şuşaya, Ağdama daha sonra isə Bakıya gəlirlər. Müsahibim deyir, o vaxt bəzi ermənilər səhv yolda olduqlarını anlayırdılar, amma çoxluq separatçı qüvvələrin təsirinə düşdüyündən hadisələr mənfi yöndə cərəyan edirdi.

   Qalib tezliklə evlərinə, doğma şəhərlərinə qayıdacağına inanır. 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər