00:00:00
Yazar
Admin User
24.08.2023 13:03 250 3 dəq oxuma
Sosial

Xankəndidə ödəniş sistemi hansı valyutayla aparılacaq?

Xankəndidə ödəniş sistemi hansı valyutayla aparılacaq?

Separatçılar son çarələri olan Ağdam-Xankəndi yolunun fəaliyyətinə razıdırlar. Bu isə o deməkdir ki, Xankəndiyə humanitar yardım artıq Ağdamdan daşınacaq. Lakin bu yolun istismara verilməsi bir neçə məsələni gündəmə gətirir. Alqı-satqı əməliyyatlarının həyata keçirilməsi üçün ödəniş sistemi necə təşkil olunacaq? Xankəndidə alış-veriş zamanı Azərbaycan valyutasından istifadə ediləcəkmi?


Ya istefa, ya da ki, Ağdam yolu...

 

Ermənistanın BMT tamaşısından sonra bu iki seçimlə üz-üzə qalan Araik Arutyunyan Bakının mütləq şərtini qəbul edir. Separatçı rəhbər dünən qondarma “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini bildirib. Maraqlısı isə odur ki, Artyunyan sözügedən məsələni heç müzakirəyə belə çıxarmayıb və bunu reallıq kimi təqdim edib. Araikin sözlərinə görə, bu yolla ticarət qismən olacaq. Belə ki, tikinti materialları, dizel yanacağı, dərmanlar Ağdam- Xankəndi, ərzaq məhsulları isə Rusiya sülhməramlıları vasitəsilə Laçın yolundan gətiriləcək. Lakin bu, o demək deyil ki, Laçın yolu tam işlək qalacaq. Yol Qarabağ sakinləri üçün məhdud olacaq. Analitiklər dünənki toplantı zamanı qəbul olunan qərarı  separatçıların mövcud vəziyyətlə barışdığına işarə olduğu fikirindədir. 

O ki, qaldı yüklərin Ağdam-Xankəndi marşrutu ilə daşınması mexanizmlərinə, bura logistik mərkəzin, tədarük məntəqələrinin yaradılması, alqı-satqı əməliyyatlarının həyata keçirilməsi üçün ödəniş sisteminin təşkili daxildir. Bununla yanaşı, Ağdamda topdansatış ticarət mərkəzinin və ya bazarın yaradılması mümkündür. Tranzit yolunun işə düşəcəyi ətrafında ehtimalların artması alqı-satqı əməliyyatlarının hansı valyuta ilə aparılacağı sualını gündəmə gətirir. Politoloqlar Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycan valyutasının tətbiqi üçün onların reinteqrasiya prosesinə müsbət cavab verməli olduğunu deyirlər. Dünənki qondarma iclas zamanı humanitar yardımdan sonra toxunulan digər vacib məsələ Azərbaycandan qaz və elektrik enerjinin alınmasına dair müzakirələrin növbəti iclasın gündəliyinə salınmasıdır. Humanitar yol qərarını Azərbaycana güzəşt kimi qələmə verən separatçı bunun müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismara verilməsini tələb edir. Siyasi şərhçilərin fikrincə separatçıların səsləndirdiyi fikirlər və təkliflər rəsmi Bakı üçün keçərli deyil. Çünki Azərbaycan Xankəndidəki rejimin üzvləri ilə yox, erməni icmasının nümayəndələri ilə görüşə razılıq verib.


Siyasi şərhçi Asif Nərimanlı məsələyə belə fikir bildirir: “Bilirik ki, Azərbaycan separatçıları qəbul etmir. Və erməni icmasının nümayəndələri ilə görüşə razıdır. Azərbaycan separatçılara qarşı cinayət işi açıb. Onlar masada əyləşib müzakirələr apara bilmızlər. Amma qəbul etməliyik ki, separatçıların Qarabağ ermənilərinə təsiri olduqca yüksəkdir. Bu baxımdan vəziyyət qarışıq bir hal alır”.

Qarabağ separatçılarının sabiq rəhbərləri Bako Saakyan, Arkadi Qukasyan və "keçmiş dövlət katibi" Ruben Vardanyan isə Ağdam Xankəndi yolunun açılmasına qarşıdır. Xankəndidəki rejimin qondarma "parlament sədri" David İşxanyan da bu məsələdə sözügedən şəxslərlə həmfikiridir. Hətta David İşxanyan sözügedən iclasa dəvət olunsa da, Araikin təklifini rədd edərək, qatılmayıb. Bir sözlə, rejim üzvləri arasındakı çəkişmə fonunda Qarabağda qeyri-sabit vəziyyət hökm sürür. Separatçıların bəziləri mövcud vəziyyətdə Araiki günahlandırsa da, bir qismi Paşinyanı günahkar bilir. Onların fikrincə, hazırda Qarabağda xaos və anarxiyanın olması erməni baş nazirin planlarına daxildir. Hətta Araik Artunyanın istefaya göndəriləcəyi halda, yerinə gətiriləcək şəxs də artıq məlumdur. İddialara görə bu posta Samvel Babayan gələcək. Lakin Babayan Azərbaycanla danışıqların tərəfdarı olduğu üçün bəzi ermənilər onu "Bakının adamı" adlandırırlar.

 

İsmayıl

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər