00:00:00
Yazar
Admin User
25.09.2023 05:02 267 1 dəq oxuma
Sosial

XANKƏNDİDƏ YANĞINLAR TÖRƏDİLİB!

XANKƏNDİDƏ YANĞINLAR TÖRƏDİLİB!

Ermənilər Xankəndində evləri, sənədləri, arxivləri yandırıb məhv ediblər. Bunu niyə, hansı məqsədlə edirlər?


Politoloq Natiq Miri sözügedən mövzu ilə bağlı açıqlama verib. Politoloq iddia edir ki, onlar öz evlərini yandırıb guya bunu Azərbaycan Ordusu edirmiş kimi qələmə vermək istəyirlər:


"Bu, Xankəndindən birdəfəlik köçən ermənilərə məxsus davranışdır. Onlar bunu iki səbəbə edir. Birincisi evlərini başqalarına qoymaq istəmir, ikincisi isə bunu özləri edib Azərbaycan Ordusu edirmiş kimi göstərmək istəyirlər".


Bəs sənədlər, arxivlər niyə məhv edilir? Natiq Miri deyir ki, burada dəlilləri yoxa çıxartmaq məqsədi var:

 

"Bu cinayət tərkibli sənədlərdir. Bunların ələ keçməməsi, gələcəkdə separat-quldur əleyhinə hüquqi cəhətdən işləməməsi üçün bütün dəlilləri yandırırlar. Bunun içərisində 30 il ərzində Azərbaycana qarşı hərbi cinayət törətmiş müharibə cinayətkarları var ki, insanlara şiddət tətbiq edilib, insanlar diri-diri yandırılıb. Casus fəaliyyətləri ilə məşğul insanlar da var ki, bununla bağlı da sənədlər mövcuddur. Gələcəkdə bunlar müəyyənləşməsin deyə sözgedən sənədlər də yandırılır".


Politoloq maliyyə sənədlərinin məhv edilməsindən də söz açıb:
"30 il müddətində Qarabağ separitizminə əsas büdcə Ermənistandan gəlirdi. Bunlarla bağlı maliyyə sənədlər var ki, gələcəkdə Ermənistanın və quldur separat rejiminin əleyhinə işləməməsi üçün yox edilir".

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər