Xaricdə təhsil: dil sertifikatlarını necə alaq?
Xaricdə təhsil almaq istəyən şəxslər bir neçə mərhələdən keçməli olurlar. Bu yol məhz İELTS və ya TOEFL sertifikarları əldə etməkdən başlayır. Maraqlıdır, həmin sertifikatların üstünlükləri nələrdir?
Xaricdə təhsil üzrə mütəxəssis Fərid Kərimov hesab edir ki, əgər məqsədiniz Amerikada və Avropa ölkələrində təhsil almaqdırsa İELTS sertifikatı tələb olunur: “Yox, məsələn Türkiyəyə hazırlaşırsınızsa, Türkiyə TOEFL nəticənizi tələb edir. Bir-birindən üstünlük cəhətdən fərqlənmirlər. Təcrübə göstərir ki, IELTS imtahanında 6,0, yəni B2 nəticəsini göstərmiş bir şəxs TOEFL imtahanında 110 yəni C2 nəticəsini çətin əldə etsin. Sertifikatlar istər akademik, istərsə də iş həyatı üçün sizi bir addım önə daşıyır”.
Tələbə Elxan Atayev deyir ki, bu prosesdə əsas idiomları düzgün mənimsəməkdir: “Bundan başqa daha çox dinləməyə üstünlük verməkdə fayda var. Çünki bununla həm yeni sözlər öyrənirsiniz, həm də danışığınız inkişaf edir”.
Ləman Babayeva isə hesab edir ki, ən yaxşı üsul sosial şəbəkələrdən uzaq durmaqdır deyə düşünürəm: “Məqsədli və ciddi şəkildə imtahanlara hazırlıq ilə hər iki sertifikatdan yüksək nəticələr əldə etmək mümkündür. Əsas odur ki, imtahan formasını düzgün seçək, biri asan, digəri çətindir kimi fikirləri kənara qoyaq”.
Nəzrin Malik
