00:00:00
Yazar
Admin User
17.11.2023 13:00 758 3 dəq oxuma
Sosial

Xaricdə təhsil tək bilik yox, insana beynəlxalq həyat təcrübəsi qazandırır

Xaricdə təhsil tək bilik yox, insana beynəlxalq həyat təcrübəsi qazandırır

İnformator.az saytının "Xaricdə təhsil alan tələbələr" rubrikasının növbəti müsahibi Əfqan Baxşəliyevdir.

 

Əfqan Baxşəliyev kimdir?

Mən Əfqan Baxşəliyev Əjdər oğlu Samux rayonunda anadan olmuşam. Babalarım Qərbi Azərbaycanın Vedibasar bölgəsinin Afşar kəndindən gəliblər. 2011-2015 -ci illərdə Qərb Universitetində (Qərbi Kaspi Universiteti) Regionşünaslıq (Qərbi Avropa ölkələri) üzrə təhsil aldım. Universitetin fəxri məzunu olmuşam. Tələbəlik illərində bir neçə klub təsis etdim. Xaricdə təhsil mənim çoxdankı arzularım sırasında idi. Məzun olduqdan sonra 2015-2016 -cı illər hərbi xidmətdə oldum. Aprel döyüşlərinin də iştirakçısı olmuşam. Xidməti başa vurduqdan sonra bir necə müxtəlif sahədə fəaliyyət göstərdikdən sonra qərara gəldimki, təhsilimi Türkiyədə davam etdirim. Türkiyənin Karabük Dövlət Universitetində 2019-2021 - ci illərdə “Uluslararası Politik Ekonomi” Tezli magistratura ixtisasında təhsil aldım. Eyni zamanda Türkiyənin Cümhuriyyət kəndi olan Karabükdə və Egenin incisi olan İzmirdə yaşamışam.

 

Niyə Türkiyədə təhsil almağı seçdiniz?

Qeyd edim ki, Türkiyəyə mənəvi bağlılığım çoxdur. Çünki orada yaşayan insanlar bizi çox sevir. Həmçinin, Türkiyə təhsili ilə bağlı geniş məlumatım olduğu üçün o ölkədə təhsil almağı seçdim.

 

Türkiyədə təhsil almaq üçün necə müraciət etdiz?

Məlumat üçün deyim ki, qəbul prosesində çox da çətin bir mərhələ yoxdur, sadəcə güclü diqqət və dəqiqlik lazımdır. Universitetə müraciəti özüm etdim. Məlumatım az olduğu nüanslarda dostlarımdan dəstək aldım. Məndən C1 səviyyəsində Türk dili (TÖMER belgesi) tələb etdilər. Onu da universitetin dil mərkəzində imtahan verərək əldə etdim. Bu sənədi almaq üçün universitetdə oxuyan zamanda imtahan verə bilərsiniz, mən 1 il sonra verdim. Əsas odur ki, məzun olan günə qədər bu sənədi təhvil verəsiniz, əks halda məzun ola bilməyəcəksiz. Siz gərək müraciət zamanı lazımlı sənədləri sistemə yükləyəsiniz. Bəzi universitetlər əlavə olaraq imtahanda və ya müsahibədə də iştirak etməyinizi istəyə bilərlər. Qəbul üçün YÖS imtahan nəticəsi və ya ingilis dilində təhsil almaq istəsəniz IELTS sertifikatlarına ehtiyacınız ola bilər. Bu nəticələr olmadan da qəbul ala bilərsiz. Magistraturaya qəbul üçün əsas olan sizin bakalavr göstəricilərinizdir. Çalışın bakalavr təhsili aldığınız müddətdə GPA’niz yüksək olsun. Qəbul məktubu aldıqdan sonra bakalavr diplomunuzu Türkiyənin Yüksek Öyretim Kurumunda (Ankara şəhərində yerləşir) təsdiq edərək universitetdə qeydiyyatdan keçməlisiz. Bununla da tələbə kartınızı alaraq Türkiyədə tələbəlik illərinə başlaya bilərsiz.

 

Türkiyədə təhsil sizə nələri qazandırdı?

Türkiyədə təhsil mənə yeni bilik,bacarıqlar və həyat təcrübəsi qazandırdı. Türkiyədə yaşadığım zamanı həm qardaş Türkiyənin tarixini, mədəniyyətini, insanlarını yaxından tanımaq şansım oldu. Turizmi çox sevdiyim üçün Türkiyənin turizm bölgələrini kəşf etmək şansım oldu. 2021 - ci ildə məzun olduqdan sonra Azərbaycandan iş təklifi alaraq ölkəyə qayıtdım. Azərbaycan Respublikası Gənclər Fondunun nəznində fəaliyyət göstərən Gənclər İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin direktoru olaraq çalışmağa başladım. Öz bilik və bacarımı ölkəmizin inkişafı və yeni nəslin vətənpərvər,müasir düşüncəli yeni biliklərə acıq formalaşı üçün işlər həyata keçirirəm.

 

Təhsil aldığınız ölkədə hansı problemlərlə qarşılaşırdız?

Həyat mübarizədir. Təhsil aldığım ilk aylarda müəyyən sənədləşmə işlərində çətinliklərlə qarşılaşsam da, sonrakı aylarla bu kimi məsələləri həll etmək üçün işlər gördüm. Tələbələrin qarşılaşdığı ümumi problemlər isə kirə evləri yataqxana kimi problemlər olub.

 

Türkiyədə, ümumiyyətlə, xaricdə təhsil almaq istəyənlərə tövsiyələriniz.

Tövsiyələrim o olarki, xaricdə təhsil almağa getməzdən əvvəl təhsil almaq istədikləri universitet, şəhər və ölkə haqqında daha çox araşdırma etsinlər. Son olaraq qeyd edim ki, xaricdə təhsil tək bilik yox, insana beynəlxalq həyat təcrübəsi qatır və bu təcrübə bizim həyatımız boyu bizə lazım olur.

 

Asiman Hafizqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər