00:00:00
Yazar
Admin User
30.04.2016 08:25 559 1 dəq oxuma
Sosial

Xaricdə yaşayan azərbaycanlılar Müdafiə Nazirliyinə müraciət etdi

Cəbhədəki gərginlik Azərbaycanın xaricdə yaşayan mərd oğullarını hərəkətə gətirib.
Xaricdə yaşayan azərbaycanlılar Müdafiə Nazirliyinə müraciət etdi

Cəbhədəki gərginlik Azərbaycanın xaricdə yaşayan mərd oğullarını hərəkətə gətirib. Rusiya Federasiyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımız səfərbərlik elan olunduğu təqdirdə vətən uğrunda könüllü döyüşməyə hazırdırlar. Bununla bağlı Müdafiə nazirliyinə minlərlə şifahi və yazılı müraciət daxil olub.

Qoşunların təmas xəttindəki son vəziyyət Moskvada, Tümendə, Altay və digər vilayətlərdə olan soydaşlarımızı Müdafiə nazirliyinə müraciət etməyə sövq edib. Nazirliyə daxil olan təxminən  2 min şifahi və yazılı müraciətdə Azərbaycan oğullarının hər an döyüşə hazır olduqları deyilir. Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızla skype vasitəsilə əlaqə zamanı da onların müraciətləri azərbaycanlıların həmrəy olduğunu bir daha göstərdi.

Qoşunların təmas xəttindəki vəziyyətdən internet, sosial şəbəkələr vasitəsilə xəbərdar olan soydaşlarımız yaşadıqları vilayətlərdə silahlı qüvvələrimizin uğurlu cavab əməliyyatlarını qürurla qeyd edirlər.

Hazırda Tümen vilayətində yaşayan 45 yaşlı Elşən Ağayev isə aprel ayı boyunca yaşayış evləri iri çaplı silahlardan atəşətutulan Tərtərin Xoruzlu kəndindəndir. 17 yaşlı oğlu ilə birgə Qarabağı işğaldan azad etmək uğrunda canından keçməyə hazırdır. Elşən Ağayev Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər millətlərinin məlumatlandırılması üçün təbliğat işlərini gücləndirdiklərini deyir.

Dünyanın hansı nöqtəsində yaşayırıqsa yaşayaq, vəzifəmizdən, statusumuzdan, yaşımızdan asılı olmayaraq bütün Azərbaycanlılar həmrəyik. Səfərbərlik elan olunarsa, damarında Azərbaycanlı qanı axan hər kəs vətən uğrunda canından keçməyə hazırdı. Qızlı-oğlanlı, qocalı-cavanlı hər kəs. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər