00:00:00
Yazar
Hüseynova Mələk
09.10.2026 21:47 34 1 dəq oxuma
Sosial

Xaricdə yaşayanlar üçün distant hüquq xidmətləri: Prosedurlar və risklər

Xaricdə yaşayanlar üçün distant hüquq xidmətləri: Prosedurlar və risklər

Ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları və əcnəbilər Azərbaycana gəlmədən yerli hüquqi xidmətlərdən yararlana bilərlər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Mehman Muradlı bildirib ki, bu Asan İmza və ya FİN kod vasitəsilə həyata keçirilir. Vergilərin sistemində kommersiya müəssisəsi açıla bilir, qeydiyyata da alınır:

 

 

"​Əmlak alqı-satqısı məsələsi mobil notariat vasitəsilə həyata keçirilir. Burda hər hansı bir risklikdən söhbət gedə bilməz. Notarius  mobil notariatda da olanda şəxsiyyəti müəyyənləşdirir.  Qanunvericiliyin imkan verdiyi qədər o məsələlərin hamısını dəqiqləşdirir, ondan sonra alqı-satqı proseduru baş tutur. Xaricdən hər hansı bir hesabatlardır, digər əməliyyatlarıdır, vergi ilə bağlı olan məsələlərdir, onların hamısını məsafədən idarə eləmək olur. Elə məsələlər var ki, orada şəxsin özü Azərbaycanda olmağı mütləqdir. O da sırf cinayət işi ilə bağlı olan məsələlərdir ki, ya təqsirləndirilən şəxs qismində, ya da zərərçəkmiş şəxs qismində olmalıdır ki, o adamın Azərbaycanda olmağı mütləqdir. Çünki onun ibtidai istintaqda verməli olduğu ifadə, məhkəmə istintaqı dövründə verməli olduğu ifadələr var”.

 

Xədicə İsmayılova

#Hüquq #xaric #vəkil
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər