Xarici Diplomların Azərbaycanda Tanınması üçün Nə Etməli?
“Xaricdə oxuyan tələbələrin diplamlarının tanınması ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi müvafiq şərtlər ortaya qoyur. Bu şərtlərə əsasən, kim ki xaricdə dövlətin proqramı ilə təhsil alırsa, həmin vətəndaşların diplomları tanınır”.
Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspertin sözlərinə görə, qeyri-qanuni yolla təhsil almaq üçün xaricə üz tutan tələbələrin diplomlarının tanınması üçün müəyyən şərtlər lazımdır.
“-Vətəndaş iddia etdiyi dövr ərzində təhsil almaq üçün hansı ölkəyə gedibsə, qeyd olunan tarixlərdə ölkəyə giriş-çıxış vaxtları pasportda öz əksini tapmalıdır.
-İddia etdiyi ixtisas və təhsil aldığı dil üzrə müəyyən biliklərə sahib olmalıdır.
-Təhsil aldığı universitet dünya reytinqində ilk 500-cü sırada özünə yer tutmalıdır.
Diplomları tanınan şəxslər, müvafiq istiqamət üzrə əmək fəaliyyəti ilə məşğul ola bilər.
Eyni zamanda, Dövlət İmtahan Mərkəzi (DİM) xaricdə təhsil alan yerlo vətəndaşlarının ixtisaslarının tanınması ilə bağlı, müəyyən tarixlər ərzində imtahan keçirir. İmtahanı uğurla başa vuran şəxslərin diplomu dövlət tərəfindən tanınır”.
Zəhra Həsənova
