XII Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun "Media problemləri" jurnalı təqdim olunub
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “BDU-nun Media problemləri jurnalı”nın təqdimat mərasimi keçirilib.
Tədbirdə fakültənin müəllim və tələbə heyəti, qonaqlar iştirak ediblər.
Tədbirin açılışını jurnalın baş redaktoru, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli edib. Professor bildirib ki, nəşrin 4 nömrəsinin işıq üzü görməsi uğurlu fəaliyyətin göstəricisidir.
Həmçinin qeyd edək ki, jurnalda müxtəlif türk dövlətlərinin elm adamlarının müxtəlif dillərdə məqalələri yer alıb.
Daha sonra isə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Media və Yayım Şurasının sədri Əhməd İsmayılov, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Sabir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva və əməkdar jurnalist Namiq Əhmədov çıxış edib və jurnalın fəaliyyəti haqqında fikirlərini bildiriblər.
Nigar Həsənzadə