XİN: Münaqişə bölgələrində olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi diqqət mərkəzindədir
Azərbaycan Xarici İşlər Nazirliyi münaqişə bölgələrində olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin davam etdirildiyini bildirib.
Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, ölkə vətəndaşlarının təhlükəli ərazilərdən təxliyəsi və onların təhlükəsiz şəkildə Azərbaycana qaytarılması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən koordinasiyalı fəaliyyət həyata keçirilir.
Nazir qeyd edib ki, yaranan hər bir vəziyyət operativ şəkildə qiymətləndirilir, diplomatik nümayəndəliklər vasitəsilə vətəndaşlarla əlaqə saxlanılır və zərurət yarandıqda onlara konsulluq dəstəyi göstərilir.
Bildirilib ki, Azərbaycan dövləti xaricdə yaşayan və ya münaqişə zonalarında çətin vəziyyətdə qalan vətəndaşlarının təhlükəsizliyini daim diqqətdə saxlayır. Bu istiqamətdə görülən tədbirlər bundan sonra da davam etdiriləcək.
Xarici İşlər Nazirliyi bir daha vətəndaşlara xarici ölkələrə səfər etməzdən əvvəl rəsmi xəbərdarlıqları izləməyi, riskli bölgələrə səfərdən çəkinməyi və fövqəladə hallar zamanı diplomatik nümayəndəliklərlə əlaqə saxlamağı tövsiyə edib.
Aytac Şükürlü