00:00:00
Yazar
Səadət Əlizadə
16.03.2026 20:07 16 1 dəq oxuma
Media

Xocavənd şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

Xocavənd şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilən qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunan ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib.

 

Deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.

#gündəm #şəhərində #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər