Xərçəng xəstəsi qadına övladından anlamlı hədiyyə
ABŞ-da yaşayan Mett Şaha xərçəng müalicəsi nəticəsində saçları tökülən anası üçün öz saçından parik düzəltdirib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Arizona ştatında yaşayan Melanie Şaha 2017-ci ildə müayinə zamanı xərçəng xəstəliyinin təkrarlandığını öyrənib. Qəbul etdiyi şüa terapiyası nəticəsində saçları tökülməyə başlayıb.
Ailə yeməyi zamanı 28 yaşlı oğlu Mett "Saçlarımı uzadıb sənə parik düzəltdirəcəm" deyib. Gənc oğlan əvvəlcə zarafat kimi irəli sürdüyü bu fikrin heç də pis fikir olmadığını düşünərək saçlarını uzatmağa başlayıb.
Etdiyi fədakarlıqla anasına çox mənalı hədiyyə verən Mett Şahanın saçlarından üç ilə yaxın kəsilməyən saçlarından parik düzəldilib, bərbər tərəfindən müasir üsulla kəsilib boyanıb.
