00:00:00
Yazar
Admin User
13.10.2023 11:05 461 2 dəq oxuma
Sosial

Xəstəyə səhv diaqnozun məsuliyyəti

Xəstəyə səhv diaqnozun məsuliyyəti

“Tibb olduqca spesifik sahədir. Burada söhbət tək, düzgün diaqnoz qoymaqdan getmir. Eyni zamanda düzgün müalicəni təyin etmək də önəmli faktorlardandır”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov söyləyib. Hüquqşünas deyir ki, hazırda dünyada müəyyən qədər diaqnozlar da səhv qoyulur, müalicələr də səhv aparılır.

 

“Bunun səbəbləri diqqətsizlik də ola bilər, savadsızlıq da. Ola bilər ki, hansısa həkim düzgün işləyir, lakin diqqətsizliyin qurbanı olur. Tibb sahəsində vurulan zərərə görə də məhkəmə tərəfindən hüquqi tədbirlər görülür. Məsələn, düzgün diaqnoz qoyulmayanda, müalicə düzgün aparılmadıqda, yaxud insanın sağlamlığına ciddi xəsarət dəydikdə, ölüm və s. bu hallarda bəzən cinayət məsuliyyəti də açıla bilər. Bu məsələlər də maddi məsuliyyətdə qoyula bilər. Yəni, insan vurduğu maddi və mənəvi zərərə görə məsuliyyətə cəlb edilir. Maddi məsuliyyətin məbləği məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycanda bu hallar azdır. Çünki insanlar həkimlərdən az şikayət edir. Bunun səbəbi odur ki, bu sahədə kifayət qədər ixtisaslaşmış vəkillər yoxdur, vətəndaşlar düşünür ki, onsuz da sübut olunmayacaq, nəticə əldə edilməyəcək. Amma inkişaf etən ölkələrdə vəziyyət belə deyil. Həmin ölkələrdə hər həkim necə istəyir elə də edə bilməz. Qoyulan diaqnozlar, aparılan müalicələr müəyyən qaydalar və protokollar əsasında həyata keçirilir. Bizim həkimlərin heç bu protokollardan xəbəri də yoxdu. Elə bu fürsət yaradır ki, həkimlər özbaşınalığına görə məsuliyyətə cəlb edilsin”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər