00:00:00
Yazar
Admin User
29.12.2025 14:45 90 1 dəq oxuma
İdman

Xviça Kvaratsxeliya ən yaxşı futbolçu seçilib

Xviça Kvaratsxeliya ən yaxşı futbolçu seçilib

Gürcüstan Futbol Federasiyası tərəfindən keçirilən sorğuya əsasən, milli komandanın və PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya 2025-ci il üçün ölkənin ən yaxşı futbolçusu seçilib.

 

“İnformator.az” xəbər verir ki, Kvaratsxeliya beşinci dəfə (2020, 2021, 2022, 2023, 2025) Gürcüstanın ən yaxşı futbolçusu seçilib ki, bu da rekord göstəricidir.

 

2025-ci ildə Kvaratsxeliya PSJ ilə altı kubok əldə edib. O, Fransa Liqa 1, Fransa Kuboku, Fransa Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və FIFA Qitələrarası Kubokunu qazanıb.

 

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər