"Xəzərdə suyun səviyyəsi təhlükə yaradır"
“Xəzərin geri çəkilməsi təhlükəli vəziyyət yarada bilər. Dənizdə suyun səviyyəsinin qalxması daha təhlükəlidir”
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov həyəcan təbili çalıb. Nazirin sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin düşməsinin səbəbi küləklərin istiqamətinin tsikllərlə vaxtaşırı dəyişməsi, çaylarda suyun səviyyəsinin müxtəlif regionlarda qalxıb-düşməsi ilə bağlıdır.
“Ötən əsrin 80-ci illərində Xəzərdə suyun səviyyəsi qalxmış, bunun nəticəsində müəyyən quru hissəsi suyun altında qalmış, hətta Bakı bulvarının xeyli hissəsi bataqlıqlaşmışdı”. H. Bağırov qeyd edib ki, hazırda Xəzərin geri çəkilməsi də təhlükəli vəziyyət yarada bilər.
