00:00:00
Yazar
Admin User
14.09.2023 05:00 283 1 dəq oxuma
Sosial

"YAĞIŞ YAĞAN KİMİ 2 MANAT OLUR 4 MANAT"

"YAĞIŞ YAĞAN KİMİ 2 MANAT OLUR 4 MANAT"

  Son günlər ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti məhsuldarlığa kifayət qədər təsir edib. Məhsuldarlığın aşağı düşməsi isə birbaşa paytaxt bazarlarında özünü göstərir. Bəzi kənd təsərrüfatı mallarından qiyməti bir neçə dəfə artır.

  Son günlərdə mövsümündən asılı olmayaraq meyvə və tərəvəzin qiymətində artım müşahidə edilir. Pomidorun 1 yeşiyi 12 manatdan 30 -35 manata qalxıb. Alıcılar vəziyyətdən narazı görünürlər. “Əvvəllər 70-80 qəpik aldığımız pomidor indi 1 manat 20 qəpiyə satılır. Yağış yağan kimi 2 manatlıq məhsul olur 4 manat. Yağışdan sonra həmişə belə olur”. Satıcılar da bahalaşmanı yağışlı hava ilə əlaqələndirirlər. Deyirlər ki, qiymət artımına səbəb yağışdan sonra bölgələrdə yaranan məhsul qıtlığıdır. “Kənddən gətirmək olmur. 1 həftədir əziyyət çəkirik, məhsulu yığmaq çətinləşir deyə qiymətlər də istər-istəməz qalxır”.

   Qeyd edək ki, bölgələrdə qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək.

SƏRXAN

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər